Papanın nümayəndəsi Moskvaya gedəcək

   Papanın nümayəndəsi Moskvaya gedəcək
  11 İyun 2023    Oxunub:1007
Vatikanın Ukrayna münaqişəsinin həlli planına Moskvaya səfər də daxildir.
AzVision.az "la Repubblica" ya istinadən xəbər verir ki, bunu Roma Papası Fransiskin Ukrayna üzrə xüsusi nümayəndəsi, kardinal Matteo Zuppi təsdiqləyib.

Xüsusi nümayəndə artıq Kiyevə səfər edib və burada Ukrayna prezidenti Volodimir Zelenski ilə atəşkəs rejimini müzakirə edib. "Planın ikinci hissəsi Moskvaya səfər olacaq", Zuppi əlavə edib.
O əlavə edib ki, Rusiya hökuməti bu səfərə maraq göstərir.
Həmçinin Vatikan Rus Pravoslav Kilsəsi ilə də əlaqə qurmağı planlaşdırır.

Qeyd edək ki, iyunun 6-da Zelenski Kiyevdə İtaliya Yepiskop Konfransının rəhbəri kardinal Matteo Zuppi ilə görüş keçirib. O, Ukraynada atəşkəsin və münaqişənin dondurulmasının sülhə gətirib çıxarmayacağını bəyan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti