"Kaxovka" bəndinin uçması nəticəsində 6 nəfər ölüb
Nazirliyin sosial media hesabından verilən açıqlamada su daşqınından ən çox zərər çəkən Xerson və Mikolayev bölgələrində vəziyyət dəyərləndirilib.
"Xerson vilayətində ümumilikdə 46 yaşayış məntəqəsi hələ də su altında qalıb. Bölgədə 190-ı uşaq olmaqla 2 min 718 nnəfər təxliyə edilib. 5 nəfər həyatını itirib, 7-si uşaq olmaqla 35 nəfərin taleyi barədə xəbər yoxdur.
Mikolayev vilayətində də 31 yaşayış məntəqəsi su altında qalıb. 167-si uşaq olmaqla 982 nəfər təxliyə edilib, 1 nəfər ölüb".
AzVision.az
Teqlər: