Londonda parad məşqində 4 qvardiyaçı huşunu itirib - VİDEO

   Londonda parad məşqində 4 qvardiyaçı huşunu itirib -    VİDEO
  11 İyun 2023    Oxunub:981
Böyük Britaniya kralı III Çarlzın doğum günü paradının məşqində 3 qvardiyaçı istidən huşunu itirib.
AzVision.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Məşqin rəhbəri Şahzadə Uilyam "Twitter" səhifəsində hazırlıqlara iştirak edən əsgərlərə təşəkkür edib və "çətin şərtlərə" baxmayaraq, yaxşı iş gördüklərini vurğulayıb.

Qeyd edək ki, kral qvardiyasının hərbçiləri açıq günəş altında xəz papaqlarda və tam geyimdə 30°C-dən yuxarı temperaturda musiqi sədaları altında manevrlər yerinə yetiriblər.

"Trooping the Colour" paradı iyunun 17-nə planlaşdırılıb.



AzVision.az


Teqlər:





Xəbər lenti