Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
  11 İyun 2023    Oxunub:1733
İyunun 13-də Azərbaycana gələcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfər proqramı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Ərdoğanın Azərbaycana gəlmə tarixi açıqlandı

Səfər çərçivəsində keçiriləcək görüşlərdə yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdıracaq digər əməkdaşlıq imkanları ilə yanaşı, cari beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Ərdoğan Prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti