Tokayev iyunun 12-ni milli matəm günü elan etdi
Dövlət başçısı Abay rayonuna səfər edib, burada Semey Ormanı təbiət qoruğunda baş vermiş irimiqyaslı yanğın nəticəsində həlak olan meşə təsərrüfatı işçilərinin ailələrinə və yaxınlarına başsağlığı verib.
Xatırladaq ki, Batpaevski meşə təsərrüfatının ərazisində ilkin olaraq 0,3 hektar sahədə ağaclar yanıb. Yanğının söndürülməsi üçün helikopter gətirilib. Bundan başqa, meşə yanğınının söndürülməsinə üç rayondan xilasedicilər göndərilib. İlkin yanğın sahəsi artıq 60 min hektardan çoxdur.
“Kazinform” agentliyi xəbər verir ki, yanğın nəticəsində 14 nəfər ölüb.
AzVision.az
Teqlər: