Norveçlilər LNG zavodunu işə sala bilməyiblər

Norveçlilər LNG zavodunu işə sala bilməyiblər
  10 İyun 2023    Oxunub:1103
Norveçdə mayeləşdirilmiş təbii qaz (LNG) istehsal edən zavod planlaşdırılan vaxtda fəaliyyətə başlaya bilməyib.
AzVision.az xəbər verir ki, bu barədə Norveçin qaz ötürmə operatoru “Gassco”nun saytında məlumat verilib.

Norveçin şimalındakı Hammerfest şəhərindəki LNG zavodu sızmadan sonra planlaşdırıldığı kimi işə başlamayıb. İlkin olaraq müəssisənin işləməsi iyunun 7-də gözlənilirdi. İndi tarix bir həftə sonraya, iyunun 14-nə qədər uzadılıb.

Mayın 31-də Norveçin “Equinor” neft-qaz şirkəti Hammerfest şəhərindəki LNG zavodunda qaz sızması aşkarlayıb. Qeyd olunub ki, sızma soyuducu qurğunun dövrələrindən birində klapanın nasazlığı səbəbindən baş verib.

AzVision.az



Teqlər: Norveç   LNG  





Xəbər lenti