Rusiya İranın köməyi ilə PUA istehsal etməyi planlaşdırır
“Rusiya may ayına qədər İrandan yüzlərlə intiharçı PUA, eləcə də onların istehsalı üçün avadanlıq alıb. İran pilotsuz təyyarələrinin İranın Əmirabad limanından MahaçQala limanına daşınma marşrutunu göstərən görüntülər əlimizdədir. Peyk görüntülərindən birində Rusiyanın Alabuqa Xüsusi İqtisadi zonasında PUA zavodunun tikinti mərhələləri əks olunub. Zavod gələn ilin əvvəlində tam şəkildə işə düşə bilər. Rusiya İrana raket və elektronika sahəsində də daxil olmaqla, görünməmiş müdafiə əməkdaşlığı təklif edib”, - Kirbi vurğulayıb.
Açıqlanan hesabatlara görə, mayın 1-dən iyunun 1-dək Rusiya Ukraynaya, o cümlədən Kiyevə 200-ə yaxın PUA ilə hücum edib. Rəsmi Kiyev bu PUA-ların İran tərəfindən hazırlanmış “Şəhid 136” intiharçı tipli pilotsuz təyyarələr olduğunu bəyan edib.
Bundan əvvəl İran Rusiyadan Su-35 qırıcı təyyarələrinin alınması ilə bağlı müqavilənin yekunlaşdığını bildirsə də, məxfilik pərdəsi altında bu barədə ətraflı məlumat verməkdən imtina etmişdi.
Ağ ev bildirir ki, Tehranla Moskvanın BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan İrandan Rusiyaya pilotsuz təyyarələrin təhvil verilməsi Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsindəki öhdəliklərin pozulmasıdır. Bu baxımdan, İranın və Rusiyanın məsuliyyətə cəlb olunması üçün Vaşinqton öz müttəfiqləri ilə işləməyə davam edəcək.
AzVision.az