Ukrayna ordusu Baxmut istiqamətində irəliləyib

   Ukrayna ordusu Baxmut istiqamətində irəliləyib
  10 İyun 2023    Oxunub:1052
Ukrayna ordusu Baxmut istiqamətində 1400 metr irəliləyib.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələrinin sözçüsü Sergey Çerevatıy deyib.

“Son günlərdə cəbhə xəttinin müxtəlif yerlərində 1400 metrə qədər irəliləməyi bacardıq. Düşmən aktiv müdafiə olunur və qoşunlarımızı vurur”.

Son sutka ərzində Baxmut istiqamətində 6 toqquşma yaşandığını qeyd edən Çerevatıy rusların Ukrayna əsgərlərinə qarşı 330 top və 8 hava hücumu təşkil etdiyini bildirib.


Teqlər:





Xəbər lenti