İranda polislər 9 yaşlı uşağı öldürdülər
“Qardaşımın təmir etdirdiyi avtomobilin sahibinin polisə maşının silahla oğurlanması barədə yalan xəbəri polisin onun maşınının izinə düşməsinə səbəb olub. Qardaşım arxasında polis maşınını görüb dayanmaq istəsə də, heç bir xəbərdarlıq və order olmadan qəfildən maşına atəş açılıb. Mürtəza ancaq atasına baxdı, gülümsədi və yerindəcə öldü” , - Cəfər Deləfzərqani deyib.
Şüştər polis qüvvələrinin komandiri Ruhullah Beyqdəli isə 110 təcili polis mərkəzinə avtomobil oğurluğu ilə bağlı məlumat daxil olduğunu və məmurların oğurlanan maşını gördükdən sonra şübhəli şəxsə saxla əmri verdiklərini, amma buna rəğmən avtomobilin sürücüsünün Şüştərə tərəf qaçdığını iddia edib.
- Məmurların pnevmatik tüfənglərdən atəş açmasına baxmayaraq, yenə də dayanmayıb. Nəhayət, bütün qanuni tədbirlərdən sonra atəş açaraq maşını saxlayıblar. Maşın dayananda isə oğrunun yanında olan uşaq ölüb. Əgər sürücü, ümumiyyətlə avtomobili oğurlamayıbsa, niyə polisin əmrinə fikir vermir və əmrə tabesizlik edir? Niyə qaçır? Polis əməkdaşlarının hərəkətləri qanuni olub” , - Beyqdəli bildirib.
Son aylar ölkədə yaşanan etiraz aksiyaları fonunda teokratik rejimin xeyir-duası ilə vətəndaşlara qarşı işgəncə və zorakılıq metodlarından istifadə metodlarını daha da sərtləşdirən İran polisi belə hallarda daim günahı qətlə yetirilənlərin üstünə atmaqla özünü təmizə çıxarmağa çalışır. Bu baxımdan, 9 yaşlı Mürtəzanın faciəvi ölümü istisna təşkli etməyib.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az