Təyyarə qəzasından 40 gün sonra 4 qardaş tapıldı, möcüzə adlandırıldı
"Bütün ölkə üçün böyük sevinc! 40 gün əvvəl Kolumbiya cəngəlliklərində itən 4 uşaq sağ tapıldı", prezident yazıb.
Həftələrlə uşaqlar üçün gərgin axtarışlar aparan Ordu xəbəri 4 qardaşın tapılmasını "Möcüzə" adlandırıb. Hərbi qulluqçular tərəfindən tapılan uşaqların sağlamlıq problemləri “maye itkisi” və “həşərat dişləməsi” ilə bağlıdır. Sağ qalanlar arasında 11 aylıq körpənin də olduğu paylaşılıb.
Qeyd edək ki, təyyarə qəzasından sonra mayın 18-də hakimiyyət orqanları uşaqların sağ olduğunu, lakin onların taleyini təsdiqləyə bilmədiklərini qeyd etmişdilər.
Mayın 17-də ölkənin cənubundakı meşələrdə qalıqları tapılan kiçik təyyarədə olan daha 4 nəfərin cəsədi aşkarlanıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: