Rusiyada təhlükəli it cinsləri almaq lisenziyalaşdırılır

   Rusiyada təhlükəli it cinsləri almaq lisenziyalaşdırılır
  10 İyun 2023    Oxunub:1396
Rusiyada LDPR-dən olan Dövlət Dumasının deputatları potensial təhlükəli cins itlərin sahiblərini onları saxlamaq üçün lisenziya almağa məcbur etməyi və fiziki şəxslərə bu cür heyvanların yetişdirilməsini qadağan etməyi təklif edən qanun layihəsi hazırlayıblar.
Qanun layihəsinin mətnində deyilir ki, belə itləri yalnız yetkin vətəndaşlar saxlaya bilər. Potensial təhlükəli itlərin saxlanması üçün lisenziya almaq üçün yaşayış yeri üzrə daxili işlər orqanına sahibinin psixi xəstəliyinin olmadığını təsdiq edən həkimlərin sənədini, habelə itlərin saxlanması haqqında şəhadətnaməni və ilkin it təlimi üsulları üzrə təlim kursunun keçilməsi barədə sənədi təqdim etmək lazımdır.

Vətəndaş bu cins itlərin saxlanması və artırılması qaydalarını sistemli şəkildə pozarsa, o, lisenziyasından məhrum edilə bilər.

Bundan əvvəl Rusiya hökuməti təhlükəli itlərin siyahısını dərc edib. Belə cins itlərə - akbaş, amerikan bandoqu, amerikan buldogu, braziliyalı buldoq, bulli kutta, saf cins alapa bulldoq (otto), bandoq, canavar-it hibridləri, canavar iti, canavar hibridi, qul donq, pitbullmasti, şimal qafqaz iti, eləcə də bu cinslərin mestizoları daxildir.

AzVision.az


Teqlər:





Xəbər lenti