Serbiya "Rafale" qırıcıları üçün raket almaq istəyir
O, Parisin “Meteor” hava-hava raketini NATO üzvü olmayan bir ölkəyə satmaq niyyətində olmadığını göstərib. Serbiya rəhbəri əlavə edib ki, "Rafale" təyyarələrinin alınması "Serbiyanı fərqli bir ölkəyə və daha böyük gücə çevirəcək" və maliyyə məsələsi müzakirə olunan sövdələşmənin problemlərindən biridir.
"Reuters"in məlumatına görə, bundan əvvəl o, qırıcıların alınmasını 3 milyard avro dəyərində qiymətləndirib. Fevralda Serbiya lideri Serbiya Silahlı Qüvvələrinin modernləşdirilməsinə, o cümlədən Fransanın “Rafale” qırıcılarının mümkün alışı üçün xərcləri artıracağını açıqlamışdı.
AzVision.az
Teqlər: