"Avropa bizdən Rusiyaya qarşı sanksiyalar tələb etmir" - Gürcü spiker

   "Avropa bizdən Rusiyaya qarşı sanksiyalar tələb etmir" -    Gürcü spiker
  09 İyun 2023    Oxunub:839
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Fransaya işgüzar səfəri zamanı bildirib ki, Avropa Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməmək qərarını anlayır və heç kim bunu tələb etmir. Bu barədə TASS məlumat yayıb.
“Biz Avropanın müxtəlif paytaxtlarında ikitərəfli görüşlər keçirəndə və Gürcüstanın niyə ikitərəfli sanksiyalar tətbiq etməməsinin səbəblərindən danışanda hamı bizi başa düşür”, - Papuaşvili deyib.

Bundan əvvəl Gürcüstan parlamentinin spikeri bildirmişdi ki, Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi böyük hərbi risklə bağlıdır.

Mayın 29-da Papuaşvili qeyd edib ki, Gürcüstan Rusiya ilə münasibətləri gərginləşdirmir və Rusiyaya qarşı sanksiyalara qoşulmur. Çünki Rusiya ilə müharibə olacağı təqdirdə heç bir dövlət Tbilisinin tərəfində döyüşməyə başlamayacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Gürcüstan   Rusiya  





Xəbər lenti