Ukraynaya silah aparan qatar qarət edildi

   Ukraynaya silah aparan qatar qarət edildi
  09 İyun 2023    Oxunub:893
Polşada NATO hərbçiləri tərəfindən qorunan və Ukrayna mərmi aparan ABŞ qatarı qarət edilib. Bu barədə Wyborcza qəzeti yazır.
Polşa nəşri hadisənin dəqiq nə vaxt baş verdiyini açıqlamır. Bildirir ki, şübhəlilər saxlanılıb, oğurlanmış əmlak isə geri qaytarılıb.

"Aşağı Sileziyada Venqlints dəmir yolu stansiyasında NATO əsgərləri tərəfindən qorunan qatardan döyüş sursatı qutuları oğurlanıb. Mərmilər çox güman ki, Ukraynaya göndərilirmiş”, - qəzet yazır.

Hərbi Jandarma İdarəsinin mətbuat katibi Tomaş Çulovski bildirib ki, iş üzrə üç nəfər saxlanılıb, oğurlanmış döyüş sursatı olan qutular geri qaytarılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti