Putin Belarusda nüvə silahının yerləşdirmə vaxtını açıqlayıb

   Putin Belarusda nüvə silahının yerləşdirmə vaxtını açıqlayıb
  09 İyun 2023    Oxunub:938
Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsinə müvafiq qurğuların hazırlanması başa çatdıqdan dərhal sonra başlanacaq.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə deyib.

“İyulun 7-8-də müvafiq strukturların hazırlanması tamamlanır və biz dərhal ərazinizdə müvafiq silah növlərinin yerləşdirilməsi ilə bağlı tədbirlərə başlayacağıq”, Putin qeyd edib.

Qeyd edək ki, Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi ilə bağlı qərarı Putin martın 25-də bəyan edib. Onun sözlərinə görə, bu addım “nüvə silahının yayılmaması vədini pozmayacaq: "Çünki Moskva öz nüvə silahını Minskə təhvil vermir".

AzVision.az


Teqlər: Rusiya   Belarusiya   Nüvəsilahı  





Xəbər lenti