Papa əməliyyatdan sonra işə qayıdıb

   Papa əməliyyatdan sonra işə qayıdıb
  09 İyun 2023    Oxunub:833
Roma Papası Fransisk qarın nahiyyəsindəki əməliyyatından sonra işə başlayıb.
AzVision.az “Vatican News”a istinadən xəbər verir ki, bu barədə Vatikanın bəyanatında deyilir.
Əməliyyatdan sonra Papanın səhhətinin getdikcə yaxşılaşdığı qeyd edilib.

"Əməliyyatdan sonrakı dövr normaldır. Artıq Papa yataqdan qalxıb xəstəxanada bir az iş görə bilib. Səhər yeməyindən sonra pontifik vaxtının çox hissəsini kresloda keçirərək hərəkətliliyini nümayiş etdirməyə başlayıb. Bu, ona sənədləri oxumağa və işə qayıtmağa imkan verir”, - Vatikanın sözçüsü Matteo Bruni açıqlamasında bildirib.

Qeyd edək ki, Roma Papası iyunun 7-də 3 saatlıq cərrahi əməliyyat keçirib.

AzVision.az


Teqlər: 329474/   Papa  





Xəbər lenti