Netanyahu: "Yalnız diplomatiya ilə İranla bacarmaq mümkün deyil"
“Mən diplomatiyanın təkbaşına işləyəcəyini düşünmürəm. Fikrimcə, diplomatiya yalnız o zaman işləyəcək ki, o, etibarlı hərbi təhlükə ilə müşayiət olunsun, yaxud bu da ola bilər ki, çəkindiricilər uğursuz olarsa, hərbi variantdan istifadə edilsin. İran faktiki olaraq İsrailin məhvi, Holokostun təkrarlanması və altı-yeddi milyon israilli yəhudinin məhv edilməsi ilə bağlı öhdəlik götürüb. Biz dayanıb onların belə bir iş görməsinə imkan verməyəcəyik” , - İsrailin baş naziri bildirib.
Baş nazir onu da deyib ki, əgər İran yəhudiləri soyqırımı ilə təhdid edə biləcəklərini düşünürlərsə, çox yanılırlar. Çünki yəhudilər özlərinin müdafiəsi naminə nə lazımdırsa edəcəklər. O, İsrailin qollarının bütün ərəb hökumətlərinə, xüsusən də mühüm əhəmiyyət kəsb edən Səudiyyə Ərəbistanına açıq olduğunu xüsusi vurğulayıb.
- Bizim regionda sülhə, iki ölkə arasında sülhə və xalqımızın rifahına kömək etmək üçün gözəl imkanımız var. Düşünürəm ki, belə bir hadisə tarixin gedişatını dəyişəcək”, - Netanyahu deyib.
İsrailin baş nazirinin Səudiyyə Ərəbistanının ünvanına siyasi reveransı heç də təsadüfə bənzəmir. Belə ki, Pekinin vasitəçiliyi ilə Ər-Riyadla Təl-Əvivin ən qatı düşməni sayılan Tehran arasında münasibətlərin tədricən nizama salınması dolayısı ilə İran-İsrail münasibətlərindəki ifrat gərginliyin yumşaldılmasına da xidmət göstərə bilər. Başqa sözlə desək, 2-3-4 səviyyəli diplomatik gedişlər Yaxın Şərqdə həqiqətən də yeni bir geosiyasi konfiqurasiyanın formalaşmasını şərtləndirə bilər.
Buna görə də, Netanyahunun ABŞ-ın diplomatik səyləri ilə bağlı bəyan etdiyi inamsızılıq, heç də bütün aktorlara, məsələn Çinə, şamil olunmur.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az