"ABŞ-da təxirə salınmış danışıqlar tezliklə baş tuta bilər" - Paşinyanın müavini

   "ABŞ-da təxirə salınmış danışıqlar tezliklə baş tuta bilər" -    Paşinyanın müavini
  09 İyun 2023    Oxunub:1298
"Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında təxirə salınmış Vaşinqton danışıqları tezliklə baş tuta bilər". AzVision.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan deyib.
Jurnalistlərin görüşün sərhəddəki gərginlik fonunda təxirə salınması ilə bağlı sualına cavab olaraq baş nazirin müavini bildirib ki, danışıqlar heç də həmişə rahat baş tutmur.
XİN-dən Armen Qriqoryana cavab: "İddiaların heç bir əsası yoxdur"


"Ən əsası odur ki, son müzakirələr zamanı tərəflər mövqelərinin yaxınlaşmasını müəyyən ediblər".

Qeyd edək ki, bundan əvvəl Vaşinqtonda nazirlərin görüşləri 4 gün davam edib. Onlar ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Azərbaycan   Ermənistan  





Xəbər lenti