Ukraynanın müdafiə naziri: "Rusiya ilə danışıqlar mümkündür"

      Ukraynanın müdafiə naziri:    "Rusiya ilə danışıqlar mümkündür"
  09 İyun 2023    Oxunub:1287
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Kiyev və Moskva arasında danışıqlar Rusiya tərəfinin hərbi əməliyyatın məqsədlərini dəyişməsi şərti ilə mümkündür.
Onun sözlərini Ukraynanın "NV.ua" nəşri yazıb. “Siz əvvəlcə rusların marağını müəyyənləşdirirsiniz, bu onlar üçün dəyişibmi? Əgər o, dəyişibsə, o zaman mümkün razılaşma zonası aydın olur, əgər belə deyilsə, o zaman sırada qalın, biz bunu sənsiz də həll edəcəyik”, - ukraynalı nazir bildirib.

Daha əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirmişdi ki, Ukrayna ABŞ-ın təzyiqi nəticəsində Rusiya ilə münaqişəni sülh yolu ilə həll etməkdən imtina edib.

AzVision.az


Teqlər:





Xəbər lenti