Azərbaycan ilk dəfə NATO Hərbi Komitəsinin enerji təhlükəsizliyi iclasında
Müzakirələr zamanı E.Cəfərova Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmiş uzaqgörən enerji strategiyası, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rol, ölkəmizin bərpaolunan enerji mənbələri kontekstində təqdim edə biləcəyi imkanlar və perspektiv layihələr barədə müttəfiq və tərəfdaş dövlətlərə məlumat verib.
NATO-ya üzv dövlətlərin nümayəndələri Azərbaycanın Alyansın etibarlı və vacib tərəfdaşı olduğunu vurğulayıblar. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı müsbət rol yüksək dəyərləndirilib, görülmüş işlər və gələcək layihələrin əhəmiyyəti qeyd edilib.
AzVision.az
Teqlər: