Axtarışa verilən deputat "Vaqner"ə qoşuldu
EAN xəbər verir ki, Çij proses zamanı bir neçə dəfə "Vaqner"ə müraciət edib. Məhkəmə qərarı olmadığına görə ona imtina cavabı verilib. Amma hökmün elanından sonra millət vəkili hərbi şirkətə daxil ola bilib.
İyunun 2-də məhkəmə deputata qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə iki il müddətinə həbs cəzası verib. İttiham tərəfi israr edib ki, ötən ilin aprelində Çij Alapaevsk şəhərinin həyətlərindən birində iki nəfəri beysbol çubuğu ilə döyüb.
Deputat sosial şəbəkələrdə bütün ittihamları cəfəngiyyat adlandırıb. O, hökmün elanına gəlməyib və axtarışa verilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Deputat