Tramp özünü "Mona Liza"ya bənzədir

   Tramp özünü "Mona Liza"ya bənzədir
  02 İyun 2023    Oxunub:1439
ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarının sədaqətindən danışarkən özünü məşhur Mona Liza tablosu ilə müqayisə edib.
Mirror-un məlumatına görə, Tramp S4C-yə müsahibəsində belə bir “qəribə bəyanat” verib. Mitinqlərinin populyarlığını və bütün hadisələri izləyən tərəfdarlarının sədaqətini təsvir edən Tramp özünü Leonardo da Vinçinin məşhur şah əsərinə bənzədib.

- "Mona Liza" tablosunu ziyarət edən insanlar var. Onlar "Mona Liza"nı sevirlər və onu 100 dəfə ziyarət edirlər. Və hər dəfəsində tablo daha da yaxşı görünür,- siyasətçi deyib.

O, həmçinin pərəstişkarlarını "20-ci Broadway tamaşası"na gedən teatrsevərlərə və mahnıları təkrar-təkrar dinləyən rok qrupunun dinləyicilərinə bənzədib.

ABŞ-ın keçmiş prezidenti sadiq pərəstişkarları haqqında sənədli film çəkmək üçün uelsli jurnalist Maksin Hyuzla görüşməyə razılaşıb. Onunla müsahibənin görüntüləri iyunun 11-də yayımlanmalıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Tramp  





Xəbər lenti