Azərbaycan ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib

   Azərbaycan ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib
  02 İyun 2023    Oxunub:746
Bolqarıstanın Sofiya şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa üzrə Komissiyasının 68-ci iclası başlayıb.
Bu barədə AzVision.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. İyunun 1-də iclas çərçivəsində ÜTT-nin İcraiyyə Şurasına seçkilər keçirilib.

Azərbaycan, 5 vakant yer uğrunda 11 ölkənin mübarizə apardığı, olduqca rəqabətli şəraitdə keçirilən seçkilər nəticəsində, İtaliya, Çexiya, Litva və Bolqarıstanla birgə ən yüksək səs toplayaraq 2023-2025-ci illər üzrə ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib.

"Azərbaycanın ÜTT-nin İcraiyyə Şurasına üzv seçilməsinə dəstək vermiş bütün dövlətlərə təşəkkür edirik", - XİN-dən bildirilib. İclas bu gün başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti