İran tele-radiosunun rəhbəri sənətçilərə hədə-qorxu gəlib
“Bəzi məşhurlar, İran mədəniyyəti və tarixi ilə əlaqələrini kəsdiklərinə görə, Radio və Televiziya təşkilatı da onlarla əlaqəni kəsəcək. Xalqın böyük bir hissəsi onların üzünü görməyə nifrət edir” - Cəbəli söyləyib.
Məhsa Əmininin ölümündən sonra ümummilli mitinqlər zamanı etirazçılara dəstək vermiş çoxsaylı kino, teatr və televiziya sənətçiləri etirazların qanlı və zorakılıqla yatırılmasına son qoyulmasını tələb ediblər. Bu arada xeyli qadın sənətçi də sosial şəbəkələrdə hicabsız çəkilmiş şəkillərini dərc etməklə və ya hökumətin müəyyənləşdirdiyi mərkəzlərdə və ictimai toplantılarda açıq şəkildə görünməklə etirazlarını nümayiş bildiriblər.
Bu etiraz tədbirlərinə cavab olaraq, həmin sənətçilərin bəziləri təhlükəsizlik orqanlarına çağırılıb, bəziləri isə həbs edilib. Onların bir çoxunun fəaliyyətinə qadağa qoyulub, bəziləri haqqında cinayət işi qaldırılıb.
AzVision.az
Teqlər: İran sənətçilər