Stoltenberqdən Ukrayna açıqlaması

   Stoltenberqdən Ukrayna açıqlaması
  01 İyun 2023    Oxunub:962
"Osloda keçirilən qeyri-rəsmi görüşdə NATO ölkələrinin xarici işlər nazirləri alyansın Ukrayna ilə daha da yaxınlaşmasını, o cümlədən NATO-Ukrayna Komissiyasının statusunun Şura səviyyəsinə qaldırılmasını müzakirə ediblər".
Bunu mətbuat konfransında təşkilatın baş katibi Yens Stoltenberq deyib.

“Bu gün biz Ukraynanı NATO-ya necə yaxınlaşdıracağımıza xüsusi diqqət yetirdik... Xüsusilə NATO-Ukrayna Şurasında NATO-Ukrayna Komissiyasının səviyyəsinin artırılmasını müzakirə etdik. Bu, bərabərhüquqlu danışıqlar aparmaq və təhlükəsizliyimizlə bağlı məsələləri müzakirə etmək üçün Ukrayna ilə birgə məşvərət forumunun yaradılması istiqamətində mühüm addım olacaq”.

Baş katib qeyd edib ki, NATO Ukraynanın alyansa daxil olmasını real hesab edir. Lakin o, iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdə Kiyevin NATO-ya rəsmi dəvət alıb-almayacağı sualına cavab verməyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti