İranda həbsdə olan jurnalistlərin adları açıqlanıb

   İranda həbsdə olan jurnalistlərin adları açıqlanıb
  01 İyun 2023    Oxunub:1135
İran hakimiyyətinin ölkədə insan haqlarının pozulmasına etirazını bildirən vətəndaşlara göstərdiyi təzyiqlər barədə həqiqətləri dünya ictimaiyyətinə çatdıran jurnalistləri həbs etməsi artıq adi bir hala çevrilib.
AzVision.az xəbər verir ki, Beynəlxalq Jurnalistlər federasiyası öz Telegram kanalında hazırda İranda həbsdə olan jurnalistlərin tam siyahısını dərc edib.

1-“Şərq” qəzetinin müxbiri Nilufər Hamidi - 22 sentyabr 2022-ci ildə Tehrandakı şəxsi evində həbs olunub.
2- İlahə Məhəmmədi, jurnalist və “HəmMihən” qəzetinin müxbiri, 24 sentyabr 2022-ci ildə prokurorluğa gedərkən həbs edilib.
3- “Mehr” xəbər agentliyinin müxbiri Əlirza Cabbari Darsetani, 26 sentyabr 2022-ci ildə Tehranda həbs olunub.
4- İman Bəh Pəsənd, müstəqil jurnalist, 2022-ci il sentyabrın 22-dən məhbusdur.
5- “Şərq” qəzetinin müstəqil jurnalisti Vida Rəbbani, 25 sentyabr 2022-ci ildə Tehrandakı evində həbs edilib.
6- Fərzanə Yəhya Abadi, Abadan şəhərində yerli müstəqil jurnalist, 22 oktyabr 2022-ci ildə iş yerində həbs olunub.
7- Fərxundə Aşuri, müstəqil jurnalist və “Fars” xəbər agentliyinin keçmiş müxbiri, 22 oktyabr 2022-ci ildə, Şirazda həbs edilib.
8- Haşim Müəzzinzadə, müstəqil jurnalist, 2022-ci il sentyabrın 24-dən məhbusdur.
9- Gilan vilayətində yerli jurnalist Maral Dərfərin, 23 oktyabr 2022-ci ildə Gilanda həbs olunub.
10- Əmir Məskəni, “Sabzevar Emruz” jurnalının redaktoru, 23 oktyabr 2022-ci ildə Səbzevarda həbs edilib.
11- Siyamənd Mehtədi, müstəqil jurnalist, 2023-cü il fevralın 11-də Bukan şəhərində həbs olunub.
12- Jina Müdərris Gərci, müstəqil jurnalist, 31 mart 2023-cü ildə Sənəndəcdə həbs edilib.
13- Kamiyar Fəkur, “Khabaronline” sayıtnın müxbiri, 2023-cü il mayın 9-dan həbsdədir.

Bundan başqa, Ruhullah Nəxi və Məryəm Vahidiyan adlı daha iki jurnalistin də həbs cəzası məhkəmə tərəfindən təsdiqlənib.

Beynəlxalq Jurnalistlər federasiyası bu yaxınlarda dərc etdiyi bəyanatda İranda mediaya qarşı repressiyaları pisləyib. Federasiyanın prezidenti Dominik Pradalier isə İranda həbsdə saxlanılan jurnalistlərin azad olunması zərurətini vurğulayıb.

“Jurnalistlərin həbsi beynəlxalq səviyyədə xəbərdarlıq əlamətidir. Biz bir daha həmkarlarımıza qarşı əsassız ittihamları pisləyirik və İran hakimiyyətindən onlara qarşı bütün ittihamlardan əl çəkməsini tələb edirik. J urnalistika cinayət deyil və İran bütün həbsdə olan jurnalistləri və media fəallarını azad etməlidir” , - Dominik Pradalier deyib.
Beynəlxalq Jurnalistlər federasiyası, həmçinin, hər həftə İranda həbsdə olan jurnalistlərin yenilənmiş siyahısını dərc etməyi planlaşdırdığını açıqlayıb.

Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az


Teqlər: İran   jurnalistlər  





Xəbər lenti