Sudan ordusu üsyançıların mətbəəsini partlatdı

   Sudan ordusu üsyançıların mətbəəsini partlatdı
  01 İyun 2023    Oxunub:898
Sudan Silahlı Qüvvələri Çevik Reaksiya Qüvvələrinin əməliyyatlarını maliyyələşdirmək üçün istifadə etdiyi mətbəəni ələ keçirib və partladıb. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Buna cavab olaraq ÇRQ Sudanın Mərkəzi bankına hücum edib. Əməliyyatın nəticələri, o cümlədən onların qızıl ehtiyatlarına sahib olub-olmaması məlum deyil.

Münaqişənin hər iki tərəfinin nümayəndələri sualları cavablandırmayıblar. Çevik Reaksiya Qüvvələrinin Twitter hesabı ordunun Xartumda pul çap edən fabrikə hücum etdiyini iddia etsə də, hücumun nəticələrini açıqlamayıb.

Sudanda ordu ilə ÇRQ arasında toqquşmalar aprel ayında başlayıb. Buna səbəb ordunun baş komandanı və Suveren Şuranın rəhbəri Əbdülfəttah əl-Burhan və onun müavini Məhəmməd Həmdan Daklu arasında fikir ayrılığı olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Sudan  





Xəbər lenti