SEPAH İran hökumətindən borcunu tələb edib
“Devirmək üçün Üsyan” adlı qruplaşma tərəfindən İran prezidentinin internet saytına haker hücumu zamanı əldə edilən və Telegramda yayılan “çox məxfi” möhürlü, sızdırılmış sənəddə belə məlumat olub.
Sarəllah qərargahı (SEPAH-ın bazalarından biri) bu “çox məxfi” məktubun davamında Tehran metrosunu təhlükəsizlik şəraitində belə təəccüblü və qorxulu hadisələri, xüsusən də xaos və iğtişaşların astanası adlandıraraq, monitorinq sisteminin və onun CCTV kameralarının modernləşdirilməsinin zəruriliyini vurğulayıb.
Fevralın 14-də Sarəllah qərargahı komandir müavini Hüseyn Nejatın birinci vitse-prezident Məhəmməd Möxbərə yazdığı məktubda bildirilir ki, Tehran metropoliteni əməliyyat şirkətinin hökumətdən ötən ilin mart ayına kimi tələbləri təxminən 3 trilyon 295 milyard tümən olub. Həmin məktuba əsasən, 10 “üztanıma” kamerası da daxil olmaqla, CCTV kameralarının yenilənməsi üçün maliyyə smetası 1,55 milyard tümən təşkil edib.
Hüseyn Nejat bu məktubda hökumətdən istənilən təhlükəsizlik insidentinin qarşısını almaq üçün Tehran metrosuna “ciddi diqqət” ayrılmasını tələb edib.
“Tehran metrosunun monitorinq sisteminin və müşahidə kameralarının köhnəlməsi və keyfiyyətinin aşağı olması paytaxtda son etirazlar zamanı onlardan istifadənin azalmasına səbəb olub” – Hüseyn Nejat deyib.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az