Təlim təyyarəsi qəza keçirdi

   Təlim təyyarəsi qəza keçirdi
  01 İyun 2023    Oxunub:878
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təlimçi HAL Kiran uçuş zamanı ölkənin cənub-qərbində qəzaya uğrayıb. Bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi “Twitter” səhifəsində məlumat yayıb.
"Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Kiran" təlim təyyarəsi bu gün Karnataka ştatının Çamrajnaqar şəhəri yaxınlığında qəzaya uğrayıb. Hər iki ekipaj üzvü təhlükəsiz şəkildə katapult edib", - - Hərbi Hava Qüvvələrinin nümayəndəsi bildirib.

O, həmçinin qeyd edib ki, qəzanın səbəblərini müəyyən etmək üçün məhkəməyə göstəriş verilib. HAL Kiran Hindistan istehsalı olan reaktiv təlimçidir. 1968-ci ildən ölkənin Hərbi Hava Qüvvələrində xidmətdədir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Hindistan  





Xəbər lenti