ABŞ Dövlət departamenti: “Nilufər Hamidi və İlahə Məhəmmədinin məhkəməsi ədalətə istehzadır”
“Nilufər Hamidi və İlahə Məhəmmədinin saxta məhkəməsi bu iki jurnalistin 9 aya yaxın vəkilləri ilə görüşə bilmədən həbsdə qalmasından sonra çərşənbə günü başa çatdı. Amma bu dəfə də vəkillərə müvəkkillərinin adından danışmağa icazə verilməyib. İndiyə qədər heç kim Məhsa Əmininin ölümünə görə məsuliyyəti üzərinə götürməyib və buna baxmayaraq, onun Əxlaq polisinin nəzarətində öldüyünü xəbər verən jurnalistlər ciddi ittihamlarla və ağır cəzalar, hətta ölüm hökmü ehtimalı ilə üzləşiblər. Bu, ədalətə istehzadır. Biz İranda söz və mətbuat azadlığını dəstəkləmək üçün öz fikrimizi bildirməyə və tədbirlər görməyə davam edəcəyik”, - tvitdə vurğulanır.
Hesabda jurnalistikanın cinayət olmadığı, lakin İran hökumətinin jurnalistlərdən qorxduğu bildirilir. Çünki yaxşı jurnalist elə bir cəmiyyət qurur ki, orada hökumət xalq qarşısında cavabdehlik daşıyır. Bu iki xanım isə araşdırma aparmaq və həqiqəti insanlara çatdırmaq üçün müxbir kimi öz vəzifələrini yerinə yetiriblər. Rejimin pis davranışları ilə bağlı həqiqəti ifşa etmək bu rejimin ən çox qorxduğu reallıqdır.
“HəmMihən” qəzetinin müxbiri İlahə Məhəmmədinin, “Şərq” qəzetinin jurnalisti Nilufər Hamidinin qapalı məhkəmə iclasları İran İnqilab məhkəməsinin 15-ci şöbəsində mayın 30-u və 31-də keçirilib.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az