NATO-nun baş katibi Türkiyəyə gedəcək |
Agentliyin məlumatına görə, Türkiyənin əsas tələbi ödənilib. İsveç hökuməti terrorizmlə mübarizə qanunvericiliyinə düzəlişlər qəbul edib.
“Ümumiyyətlə, iyulun 11-də NATO sammiti başlamazdan əvvəl Ankaranın (İsveçin NATO-ya üzv olmaq ərizəsi ilə bağlı qərarını gözləməliyik. İndi buna müqavimət göstərmək çətin olacaq", deyə mənbə izah edib.
O əlavə edib ki, F-16 qırıcılarının Türkiyəyə satışı məsələsi də həll olunacaq, üstüörtülü də olsa, bu məsələ həm də İsveçin alyansa girməsi ilə bağlıdır.
Qeyd edək ki, İsveçin xarici işlər naziri Tobias Billström ölkənin terrorla bağlı qanunu yeniləyərək Türkiyənin NATO-ya üzvlük tələblərini yerinə yetirdiyini bildirmişdi.
NATO-nun Baş katibi Yens Stoltenberq İsveçin alyansa üzvlüyü məsələsini Prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə etmək üçün yaxın zamanlarda Türkiyəyə səfər edəcək.
AzVision.az