İlham Əliyev nümayəndə heyəti ilə görüşüb

İlham Əliyev nümayəndə heyəti ilə görüşüb
  29 May 2014    Oxunub:926
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olduğu bildirildi, əməkdaşlığımızın möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmi vurğulandı, əlaqələrimizin genişləndirilməsində parlamentlərarası münasibətlərin əhəmiyyəti qeyd olundu, sənaye, infrastruktur, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini bir daha qonaqların diqqətinə çatdırdı.


Teqlər:





Xəbər lenti