İran saytı: "Azərbaycanın səriştəli siyasi rəhbərliyi və güclü ordusu var"

     İran saytı:    "Azərbaycanın səriştəli siyasi rəhbərliyi və güclü ordusu var"
  08 May 2023    Oxunub:1383
ABŞ-ın Norviç Universitetinin professoru və Qafqaz üzrə ekspert Laşa Çanturidze İranın “İska News” agentliyinə diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, müsahibəsində Azərbaycanla bağlı bir sıra maraqlı fikirlər səsləndirib.

İranlı deputat həddini aşdı: "Bakı ilə yalnız güc dilə danışmalıyıq"
“Rusiyanın Ukrayna müharibəsinə başı qarışması səbəbində Moskvanın Zəngəzur dəhlizi ilə bağlı konkret mövqeyi yoxdur. Əgər İrəvan Bakı ilə kompromis həll yoluna razı olsa, həqiqətən də Moskva buna mane ola bilməz. Digər tərəfdən, Bakı illərdir ki, bu məsələdə Kremlin dəstəyini qazana bilib", - Çanturidze qeyd edib.

O, "Ermənistanın Rusiyanın müttəfiqi sayılmasına baxmayaraq, Kreml kritik günlərdə İrəvana etinasız yanaşır. Sizcə bunun səbəbi nədir?" sualını da maraqlı şəkildə şərh edib.

- Söhbət Ermənistana məhəl qoymamaqdan getmir, əslində Azərbaycanın Rusiya üçün əhəmiyyəti artır. Azərbaycan artıq 1990-cı illərin ölkəsi deyil. Hazırda bu dövlətin səriştəli siyasi rəhbərliyi və güclü hərbi qüvvələri var. Üstəlik, Moskva daha bir ölkənin öz düşməninə çevrilməsindən və xarici iqtisadi əlaqələrdə növbəti uğursuzluğu davam etdirməkdən çəkinmək istəyir. Digər tərəfdən, Ermənistanın özünə çox yaxın bildiyi müttəfiqləri də yoxdur. Ona görə, hər bir halda Rusiyadan asılı qalmalıdır...

AzVision.az



Teqlər:   İran   Azərbaycan   Ermənistan  





Xəbər lenti