İlham Əliyev və Paşinyan danışıqlar aparacaq

   İlham Əliyev və Paşinyan danışıqlar aparacaq
  08 May 2023    Oxunub:1405
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri bazar günü Brüsseldə danışıqlar aparacaq. Bu barədə “Financial Times” iclasa hazırlıqdan xəbərdar olan üç məmura istinadən yazır.
Qarşıdan gələn görüşü şərh edən üç mənbədən biri adının çəkilməməsi şərti ilə bunun "mühüm irəliləyiş əlaməti" olduğunu bildirib və əlavə edib ki, Aİ və ABŞ-ın səyləri "bir-birini tamamlayır".

Qəzetin digər iki mənbəsinin məlumatına görə, Ermənistan və Azərbaycan liderləri də iyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşməyi planlaşdırırlar. Görüşdə Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron vasitəçilik edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti