Həmədanda məktəbə kimyəvi hücum: Onlarla qız zəhərləndi - VİDEO

      Həmədanda məktəbə kimyəvi hücum:    Onlarla qız zəhərləndi  - VİDEO
  08 May 2023    Oxunub:1513
Mayın 6-da Həmədan şəhərində qızların təhsil aldığı “Nərgiz” orta məktəbində onlarla şagird naməlum kimiyəvi qazla terror hücumuna məruz qalıb.
AzVision.az xəbər verir ki, bu barədə sosial media fəalları və şagirdlərin valideynləri məlumat yayıblar.

"Azad İran"ın teleqram kanalındakı paylaşımda isə qeyd edilir ki, məktəbin qarşısına çoxlu sayda təcili tibbi yardım maşını gəlib və onlarla şagird xəstəxanalara göndərilib.

Qeyd edək ki, molla rejimi son aylarda yüzlərlə məktəbə, xüsusilə qız məktəblərinə kimyəvi terror hücumları edərək, minlərlə məktəblinin zəhərlənməsinə səbəb olub.

AzVision.az



Teqlər: İran   Məktəb  





Xəbər lenti