Əsəd Ərəb Dövlətləri Liqasının sammitində iştirak edə bilər

   Əsəd Ərəb Dövlətləri Liqasının sammitində iştirak edə bilər
  07 May 2023    Oxunub:1141
Suriya Prezidenti Bəşər Əsəd Ərəb Dövlətləri Liqasının mayın 19-da Səudiyyə Ərəbistanında keçiriləcək sammitində iştirak edə bilər.
AzVision.az “Al Hadath” telekanalına istinadən verdiyi xəbərə görə, bunu bu gün Qahirədə Ərəb Dövlətləri Liqası Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında təşkilatın Baş katibi Əhməd Abu al-Qeyt bildirib.

Baş katib deyib ki, Bəşər Əsəd arzu edərsə, Ərəb Dövlətləri Liqasının növbəti sammitində iştirak edə bilər.
AzVision.az


Teqlər:





Xəbər lenti