İran Suriya hava limanlarını bərpa edəcək

   İran Suriya hava limanlarını bərpa edəcək
  07 May 2023    Oxunub:1113
İran və Suriyanın mülki aviasiya təşkilatları İslam Respublikası ilə Suriyadakı hava limanlarını bərpa edəcək saziş imzalayıblar.
“Tasnim” agentliyi İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədibəxşin sözlərinə istinadən xəbər verir.

“Standartlarla bağlı məsələlər, tədris və təmir mərkəzləri, eləcə də aviasiya xidmətlərinin göstərilməsi mərkəzləri ilə bağlı razılıq əldə olunub.

İran İslam Respublikası Suriya hava limanlarının, o cümlədən Dəməşq hava limanının yenidən qurulmasına və birgə işçi qrupun köməyi ilə avadanlıqların quraşdırılmasına hazır olduğunu bəyan edib. Aviasiya sahəsində suriyalı mütəxəssislərin hazırlanması məsələsi ilə bağlı da saziş imzalanıb”,- məlumatda deyilir.

Məhəmmədibəxş qeyd edib ki, “zəvvarlar və iş adamları üçün uçuşların sayının artması ilə İran və Suriya arasında münasibətlərdə yeni fəsil başlaya bilər”.

O vurğulayıb ki, İran hər il Suriyaya 50 min zəvvar göndərməyi planlaşdırır, bununla əlaqədar tərəflər lazımi infrastrukturun yaradılması və uçuşlar üçün aviadaşıyıcıların seçimi, habelə uçuşların sayı, onların cədvəli və getdikləri şəhərləri müzakirə ediblər. Uçuşların sayının artırılması iyunun 5-dən başlayacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti