Malidə baş verən partlayışda BMT-nin 7 sülhməramlısı yaralanıb
Hadisə Duenza şəhərindən 34 km şimalda baş verib.
Xəsarət alanlara lazımi tibbi yardım göstərilir. Yaralı sülhməramlıların kimliyi, o cümlədən milliyyətləri barədə məlumat verilmir.
Missiya 2013-cü ilin yazında BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə yaradılıb. Onun vəzifəsi Mali hakimiyyətinə ölkə ərazisində təhlükəsizliyin gücləndirilməsində kömək etməkdir. Burada dünyanın hər yerindən 15 min hərbi qulluqçu xidmət göstərir.
AzVision.az