AzVision.az xəbər verir ki, o özünün
Tvitter hesabında Azərbaycanın 4 diplomatının Tehran rejimi tərəfindən arzuolunmaz şəxs elan edilməsinə münasibət bildirərkən ölkəmizə "Bakı respublikası" deməklə həddi aşan sözlər işlədib.
"İran "Bakı Respublikasının" Tehrandakı və Təbrizdəki 4 diplomatını persona non qrata olaraq ölkədən çıxarıb. Sürətlə həyata keçirilməli olan növbəti addım bu rejiminin Təbrizdəki Konsulluğunun bağlanmasıdır", - Naderi sayıqlayıb. O, "Azərbaycanla yalnız güc dili ilə danışmaq lazımdır" da yazıb.
Qeyd edək ki, İran siyasətçi, məmur və deputatları arasında Azərbaycan adı əvəzinə "Bakı respublikası" ifadəsi işlədilməsi onların Cənubi Azərbaycan qorxusundan xəbər verir. Təbrizdəki konsulluğun bağlanması ideyası isə ən cəfəng təklifdir. Çünki molla rejimi cənubi azərbaycanlıların buna necə sərt reaksiya verəcəyini yaxşı bilir.
AzVision.az