![]() |
İranda tanınmış ayətullahın oğlunun meyiti Xəzərin sularından çıxarıldı - FOTO |
Hazırda mollanın xəstəxanada olduğu bildirilir.
Qeyd edək ki, xüsusilə son illər İranın müxtəlif yerlərində mollaların vətəndaşların şəxsi həyatına müdaxilə etmələri onların döyülməsi, bir sıra hallarda isə öldürülmələri ilə nəticələnir.
Son bir ildə ölkənin Qum, İsfahan, Tehran, Günbəd-Kavus, Zahidan bölgələrində onlarla mollaya hücum edilib və onlardan dördü həyatını itirib. Hətta mollalara qarşı hücumların artması keçmiş ETTELAAT (təhlükəsizlik və kəşfiyyat) naziri Əli Fəllahiyanı da vahiməyə salıb. O, bu günlərdə müsahibə verərək gülməli bir təkliflə çıxış edib. Fəllahiyan bunun qarşısının alınması üçün imam və mollaları döyüş sənətləri, o cümlədən əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.
AzVision.az