“Bədheybət Xameneyi, səni basdıracağıq!" dedi, 2 illik həbsə atıldı

    “Bədheybət Xameneyi, səni basdıracağıq!"   dedi, 2 illik həbsə atıldı
  06 May 2023    Oxunub:2337
İranlı qadın siyasi fəal Sepide Qelyan səsləndirdiyi şüara görə yenidən həbs cəzasına məhkum edilib.
AzVision.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

İranda yeni Məhsa Əmini hadisəsi yaşanır - VİDEO
Bildirilir ki, S.Qelyan həbsdən çıxandan sonra elə cəzaçəkmə müəssisəsinin qarşısında “ Bədheybət Xameneyi, səni torpağa basdıracağıq! ” şüarı səsləndirib. Bundan sonra molla rejimi ona daha iki il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Qeyd edək ki, ötən ilin sentyabrında Məhsa Əmini faciəsindən sonra İranı kütləvi etirazlar bürüyüb. Bu səbəbdən ölkədə həbs və edam edilənlərin də sayında xeyli artım var. Hətta son günlərdə edam qərarlarının surətlə artması cəmiyyəti daha da qıcıqlandırıb, insanlar tez-tez etiraz aksiyaları keçirirlər. Məsələn, bir neçə gün öncə yayılan məlumata görə, cəmi 5 günə 19 etnik bəluc edam edilib.

AzVision.az



Teqlər:   İran   Həbs  





Xəbər lenti