KİV: "ABŞ Tayvana 500 milyon dollarlıq silah verəcək"

      KİV:    "ABŞ Tayvana 500 milyon dollarlıq silah verəcək"
  06 May 2023    Oxunub:1296
Bayden administrasiyası Ukraynaya silah tədarükünü sürətləndirmək üçün istifadə etdiyi sürətli maliyyələşdirmə orqanından istifadə edərək Tayvan üçün 500 milyon dollarlıq silah paketi hazırlayır.
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, belə bir sxem üzrə silahların tədarükü prosesi sürətləndirməyə və müqavilələrin bağlanması və silah istehsalının uzanan prosesindən yayınmağa imkan verir. Agentliyin məlumatına görə, ABŞ Konqresi Ağ Evə Tayvanı hərbi cəhətdən dəstəkləmək üçün 1 milyard dollara qədər vəsaitdən istifadə etmək səlahiyyəti verib.

AzVision.az


Teqlər:





Xəbər lenti