"Nemezis" abidəsinin İrəvanda qoyulması yanlış idi - Paşinyan
O, əlavə edib ki, bu, emosional fonda və Ermənistanda əksəriyyətin çoxlarını vətən xaini hesab etdiyi və bir çoxlarının vətənə xəyanətə görə edamlarla hədələndiyi bir vəziyyətdə baş verib.
Qeyd edək ki, aprelin 29-da Ankara Flyone Armenia şirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün əvvəllər verilmiş icazəni ləğv edib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu İrəvanda “Nemezis” əməliyyatının "qəhrəmanları"na abidənin açılışı ilə izah edib. Ankara abidənin açılışını təxribat adlandırıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Ermənistan