Bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, 933 gəmi ilə ümumilikdə 29 502 584 ton kənd təsərrüfatı məhsulu ixrac edilib. İxrac edilən məhsulların yarısı qarğıdalı, demək olar ki, üçdə biri - 28%-i buğdanın payına düşüb. Ən çox taxıl daşındığı ilk 5 ölkə Türkiyə, İspaniya, Çin, İtaliya və Niderlanddır.
Xatırladaq ki, Türkiyənin müdafiə naziri Hulusi Akar Rusiya, Türkiyə, Ukrayna və BMT arasında taxıl müqaviləsi üzrə danışıqların mayın 5-də İstanbulda keçiriləcəyini bildirib.
AzVision.az