“Təkrarlanan kütləvi qətllər ölkəmizə qarşı törədilib” - Vuçiç

   “Təkrarlanan kütləvi qətllər ölkəmizə qarşı törədilib” -    Vuçiç
  05 May 2023    Oxunub:1340
Serbiyada ötən gecə baş vermiş silahlı hücum terror aktıdır.
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç paytaxt Belqradın cənubundakı Mladenvaçda törədilən terror aktı bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hadisəni törədən şəxs saxlanılıb, o, bundan sonra gün işığı görməyəcək, həbsxanadan çıxa bilməyəcək.

Ardıcıl silahlı hücumlara görə son 48 saatda ikinci dəfə mətbuat konfransı keçirməli olduğunu bildirən A.Vuçiç deyiləcək bütün sözlərin yetərli olmadığını qeyd edib. Həlak olan 8 nəfərin yaxınlarına başsağlığı verən Serbiya Prezidenti deyib: “Təkrarlanan bu kütləvi qətllər ölkəmizə qarşı törədilib. Bundan hamımız xəbərdarıq. Bir sui-qəsd nəzəriyyəsi yaratmaq istəsəm, çox şey deyə bilərdim. Amma bir prezident kimi mən rasional olmalıyam”.

AzVision.az


Teqlər:





Xəbər lenti