Uşağın mədəsindən 1 kq-a yaxın “daş” çıxarıldı

 Uşağın mədəsindən 1 kq-a yaxın “daş” çıxarıldı
  10 Aprel 2023    Oxunub:1176
Almatıda həkimlər xalça iplərini yeyən 10 yaşlı uşağı xilas ediblər, uşağın mədəsindən nəhəng trixobezoar (tükdən ibarət daş) çıxarılıb.
Bu barədə Mgorod.kz portalı məlumat yayıb. Məktəbli Uşaq Klinik Xəstəxanasına qarında ağrı, qusma və daimi halsızlıq şikayətləri ilə daxil olub. Həkimlər müayinə zamanı uşağın mədə və onikibarmaq bağırsağında yad cisim aşkar ediblər.

Təcili cərrahi müdaxilə tələb olunub, oğlanın qarın boşluğundan çəkisi 900 qram, diametri 20 sm olan xalçadan bir kürə yun və villi çıxarılıb, əməliyyat təxminən saat yarım davam edib.

“Uşağın saç, yun məmulatları, keçə çeynəmək və udmaq kimi pis vərdişi var idi. Məlum olub ki, evdə uşaq xalçanın iplərini çıxarıb yeyib. Oğlanın ümumi vəziyyətinin ağır olması və əməliyyatın mürəkkəbliyi səbəbindən xəstə reanimasiya şöbəsinə yerləşdirilib”, - xəstəxanadan bildirilib.
Bir neçə gündən sonra uşağın vəziyyəti yaxşılaşıb, adi palataya köçürülüb. Onun yaxın zamanda evə buraxılacağı vurğulanıb.

İlkin Nəcəfzadə
AzVision.az
**



Teqlər:





Xəbər lenti