Qanunsuz dini təbliğat aparan qadın saxlanıldı

Qanunsuz dini təbliğat aparan qadın saxlanıldı
  14 Mart 2023    Oxunub:859
Göyçayda yaşadığı Qaraməryəm kəndində qanunsuz dini yığıncaqlar təşkil edən qadın saxlanılıb.
DİN-nin Mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, barəsində protokol tərtib edilən Samirə Cəfərova 2 min manat cərimə edilib:

“Samirə Cəfərova Göyçay Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin, eləcə də keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsi ilə protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Cəfərova 2 min manat cərimə olunub”.

AzVision.az



Teqlər:





Xəbər lenti