Şahzadə Çarlz Putini Hitlerə bənzətdi

Şahzadə Çarlz Putini Hitlerə bənzətdi
  21 May 2014    Oxunub:1036
Britaniya Şahzadəsi Rusiyanın Ukraynada yürütdüyü siyasətə münasibət bildirib.
Böyük Britaniya şahzadəsi, özəl danışıqları zamanı rəsmi Moskvanın Ukryana ilə münasibətdə yürütdüyü siyasəti və Krımın Rusiyaya birləşməsi məsələsini şərh edərkən Putinin siyasətini Hitlerin bir vaxtlar atdığı addımlarla müqayisə edib. AzVision.az bu barədə qərb mətbuatına istinadla xəbər verir.

“Bu gün Putin, demək olar ki, Hitlerin etdiklərini təkrar edir, özünü onun kimi aparır” –deyə Uels Şahzadəsi bildirib.

Xatırladaq ki, bundan əvvəl Almaniyanın maliyyə naziri Volfqanq Şoyble də Putinlə Hitleri biri-birinə bənzətmişdi, lakin sonradan bunu təkzib etmişdi.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti