Gəncədə Vətən müharibəsi iştirakçısı qəzada həlak olub

Gəncədə Vətən müharibəsi iştirakçısı qəzada həlak olub
  04 Mart 2023    Oxunub:996
Gəncədə Vətən Müharibəsi iştirakçısı həlak olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AzVision.az -a açıqlamasında bildirib ki, Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi VAZ 2107 markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı Şəhriyar Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə o, əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti