Rusiya və Çin ABŞ-a qarşı - VİDEO

Rusiya və Çin ABŞ-a qarşı - VİDEO
  20 May 2014    Oxunub:1033
Rusiya prezidenti Vladimir Putin Çinə rəsmi səfərə gedib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən məlumat verir.

Son il ərzində baş tutan ən geniş miqyaslı danışıqlar zamanı tərəflər Rusiya qazının Çinə tədarük edilməsi ilə də daxil olmaqla bir sıra istiqamətlər üzrə danışıqlar aparacaq.

Qeyd edək ki, il ərzində 38 milyard kub metr qaz tədarükünü nəzərdə tutan çərçivə sazişi hələ beş il əvvəl imzalanıb. Lakin indiyə kimi tərəflər qazın qiymətini razılaşdıra bilmirdilər.

Rusiya prezidenti Çində Asiya Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində və “Dəniz qarşılıqlı təsiri – 2014” hərbi təlimlərin açılış mərasimində iştirak edəcək.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti